Müğənnilər Manaf Ağayev və Mənzurə Musayeva prodüser-aparıcı Tarix Əliyevin (Tolik) idarə etdiyi verilişində qonaq olub. SİA-nın məlumatına görə, Tolik proqramda reklam arası ifaçıların maraqlı videosunu çəkərək, "İnstagram" səhifəsində yayımlayıb.
O, görüntülərdə Mənzurəyə "Manafdan neçə manat borca pul istədin vermədi?" sualını verib.
Musayeva Tolikin sualına belə cavab verib: "Qızımın toyu ərəfəsində M.Ağayevdən 5 min manat borca pul istədim. Ehtiyyacım var idi. Balama ev almaq istəyirdim. Mənə dedi ki, "pulum yoxdur" ".
Daha sonra Mənzurə aparıcının "Manaf Ağayev qızının toyuna nə qədər pul yazdırıb?" sualına "500 manat. Amma azdır. Çünki mən Manafın 6 dəfə dəvət etdiyi məclislərinə getmişəm. Həmin məclislərə də xərclədiyim pulları hesablayanda 1500 manat pul edir" cavabını verib.
Onun bu sözlərinə Ağayev "Yalan danışır" deyərək, gülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB