Sevda Yahyayeva Koko Şanelin məsləhətlərindən faydalana biləcəkmi? -AÇIQLAMA-FOTO

Sevda Yahyayeva Koko Şanelin məsləhətlərindən faydalana biləcəkmi? -AÇIQLAMA-FOTO
Qara rəng nə qədər arzuolunmaz rəng hesab edilsə də əksər xanımların qarderobunda bu rəngdən olan libaslara rast gəlmək olar. Əgər bu xanım müğənnidirsə və xarici görünüşü ürəyi istəyən kimi deyilsə, demək mütləq qaraya meyl göstərir. Bu sadaladıqlarımızı qətiyyən məşhur müğənni Sevda Yahyayevaya aid etmək istəmirik. Çünki yerli bomondun nərmənazik müğənnilərindən olan Sevda nə artıq çəkidən əziyyət çəkir, nə də bədən quruluşunda hansısa qüsurları var. Bəs görəsən, qara rəngə meyilli olmasının kökündə nə dayanır? SİA-ya açıqlamasında səbəb göstərə bilməyən müğənni bunu bizim araşıdırıb tapmağımızı rica etdi: "Fəal internet istifadəçi olduğum üçün günümün boş vaxtını internetdə informasiya və faydalı məsləhətləri oxumaqla keçirirəm. Amma xeyli axtarsam da qara rəngin xanımlara təsir gücünü müəyyənləşdirə bilmədim.Yəqin ki, siz araşdırsanız, tapacaqsınız. Həm mən məlumatlı olaram, həm də bu xəbərdən digər xanım oxucularınız özləri üçün nələrsə götürərlər".

Onun bu istəyini müğənni kimi yox, sadiq oxucularımızdan biri kimi qəbul edib axtarışa başladıq. Və qara rəngin qadın psixikasına göstərmiş olduğu müsbət və mənfi tərəflərini ortaya çıxarmağa çalışdıq. Sən demə, dünyaca məşhur modelyer Koko Şanelə qədər qara rəng bədbəxtlik və matəm rəmzi hesab olunurdu. O, səbəbsiz geyinilmirdi.

Amma Şanel qara rəngin daha qlamurlu və gözəl olduğunu elan etdi. O, dünyaya əksəriyyətin baxdığı gözlə baxmırdı. Şanelin dəbində qara rəngin öz özəlliyi var və kolleksiyasında qara rəngli paltarlara xüsusi yer ayırıb. İnsan xoşbəxt görsənərsə, o gözəldir. Xoşbəxtlik onun üzünə çökər və gözəl görünməyinə yardımçı olar.

50 yaşında olarkən özünü 20 yaşlı kimi hiss edərdi. Azadlığı yenə öndə tutardı, daima gülümsəyərdi.

Kifir qadın yoxdur, sadəcə özünə baxmayan qadın var. Bu kəlməni hər bir qadın öndə tutmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə