“Eurovision-2011” Milli Final mərhələsini internet vasitəsi ilə 80 ölkədən tamaşaçı izləyib- FOTO

Azərbaycanda keçirilən "Eurovision-2011" Milli Final mərhələsini internet vasitəsi ilə 80 ölkədən tamaşaçı izləyib. SİA-nın itv.az saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Yayımları Birliyinin "Eurovision" tədbirlər qurumundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə daxil olan təşəkkür məktubunda bildirilir.

Məktubda deyilir ki, müsabiqənin yüksək səviyyədə təşkili ilə bağlı Facebook, Twitter kimi sosial şəbəkələrdə, həmçinin www.eurovision.tv internet saytında müsbət rəylər yerləşdirilib. Azərbaycan təmsilçilərinin "Eurovision TV"-də təbliği üçün xüsusi bloqun yaradılması təklif olunub. Və təmsilçilərimizin fanatları ilə ünsiyyət saxlaması, digər ölkələrin təmsilçililəri ilə müzakirələr aparması məqsədilə bloq yaradılacaq.

Qeyd edək ki, final konserti həmçinin Türkiyənin TRT, Gürcüstanın İctimai Televiziyası vasitəsilə bütün dünyaya yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə