Nadir: "Lütəm deyə, üstümü örtmüşəm" VİDEO

Nadir: "Lütəm deyə, üstümü örtmüşəm" VİDEO

Müğənni Nadir Qafarzadə yeni klip üçün kamera qarşısına keçib. SİA-nın məlumatına görə, sənətçi çəkiliş məkanından görüntüsünü "İnstagram" hesabında yayımlayıb. Yarıçılpaq vəziyyətdə olan sənətçi üstünü örtərək, bəzi həmkarlarına söz atıb: "Lütəm deyə, üstümü örtmüşəm. Nə edim? Heç olmasa abır-həyalı müğənni olsun, tamaşaçılara hörmət etsin. Əziz tamaşaçılarımız, mən sizə hörmət edirəm. Heç vaxt sizin yanınızda lütdənmərəm".

Qeyd edək ki, ötən günlərdə müğənnilər Kərim Abbasov, Musa Musyaev sosial şəbəkədə yarıçılpaq görüntülərini yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə