Oğlunun boşanmasında səbəbkar olan Elşad: "Rəvanın bacarmadığını etdim"
Müğənni Elşad Qarayev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı oğlu Rəvan Qarayevin boşanmasından danışıb. E.Qarayev aparıcının "Ailə başçısı kimi yumruğu stolda olmadı? Yumşaq oldu? Ən yaxşı hansı gəlin idi: birinci, yoxsa ikinci? Deyirdin, gəlinimin elə səs yazılarını camaata təqdim edərəm ki" sualına belə cavab verib: "Mənim günahım olmadı. Sadəcə, Rəvan edə bilmədiklərini mən etdim. Rəvandan soruşun. Camaatın nə işinə qalıb? Onları mən ayırmamışam. Amma ayrılmaqlarının səbəbkarı 10 faiz mən olmuşam. Rəvan çox üzüyumşaq idi".
Qeyd edək ki, Rəvan iki dəfə ailəli olub və ayrılıb. İkinci həyat yoldaşı onları Rəvanın atası, Elşadın ayırdığını iddia edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB