"JARA 2019"un kralı Kirkorov, kraliçası isə Aygün Kazımova oldu FOTO
Bakıda keçirilən "JARA-2019" Beynəxalq Musiqi Festivalı yenə maraqlı sürprizlərlə doludur. SİA-nın məlumatına görə, bu dəfə möhtəşəm şou tədbirin sürprizini Rusiyanın Xalq artisti Filipp Kirkorov və Azərbaycanın Xalq artisti Aygün Kazımova təqdim edib.
F.Kirkorov azərbaycanlı həmkarını əsl kraliça, "diva" adlandırıb. Festivala isə birgə ifa etdikləri yeni mahnı ilə damğa vurublar. Mahnı "Calma" adlanır. Estrada ulduzları bu mahnıya klip də çəkdirəcəklərini bildiriblər.
Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il "Jara 2019"da 250-ə yaxın sənətçi iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB