Emin: "Ulduzlar "Jara 2019" musiqi festivalında pulsuz iştirak edirlər"

Bu gün "Jara 2019" musiqi festivalı başlayır. SİA-nın məlumatına görə, dörd gün keçiriləcək festival zamanı Rusiyanın və Azərbaycanın məşhur ulduzları səhnəyə çıxacaq.

Festivalın ilk günündə ümumi planlaşdırılan tədbirlər barədə məlumat verilib.

Mətbuat konfransında jurnalistlərin görüşünə müğənnilər Filipp Kirkorov, Qriqori Leps, Emin Ağalarov, Lolita, Ani Lorak, Zivert kimi məşhurlar gəlib.

Bildirilib ki, festivalda 70-dən çox müğənni iştirak edəcək, bəziləri yeni mahnılarını səsləndirəcək və müxtəlif səhnə şouları ilə izləyənlərin qarşısında olacaqlar.

Həmçinin, Filipp Kirkorov və Zivertin yeni duetinin festivalda səsləndiriləcəyi deyilib.

Emin Ağalarov ulduzların "Jara 2019" musiqi festivalında pulsuz iştirak etdiyini bildirib: "Burada iştirak edənlər üçün maliyyə önəmli deyil. Onlar Bakıya pulsuz gəlir. İştiraka görə onlara heç bir pul ödənmir".

Konfrans zamanı Lolita bildirib ki, festivala gələn qonaqların hamısını Emin şəxsən özü hava limanında qarşılayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə