Aygünlə Filipp Kirkorov duet oxudu VİDEO

Aygünlə Filipp Kirkorov duet oxudu VİDEO

Rusiyanın pop kralı Filipp Kirkorov və pop diva Aygün Kazımova yeni duet hazırlayıb. SİA-nın məlumatına görə, Filipp Kirkorov ötən il Bakıda keçirilən “Jara” musiqi festivalı zamanı mətbuat konfransında Aygün Kazımova ilə yenidən duet oxumaq istədiyini söyləmişdi. Xalq artisti isə Kirkorovun təklifinə müsbət cavab verib.

Bu dəfə isə, cütlüyün ifasında “Jalma” mahnısı yeni üslubda, Alla Puqaçova ilə çalışan məşhur Alisher tərəfindən hazırlanıb. Duet 26 iyul tarixində, “Jara” festivalında ifa olunacaq.

Qeyd edək ki, Filipp Kirkorov Aygün Kazımovanın "Kreml" sarayında baş tutan konserti zamanı səhnəyə çıxaraq Aygün Kazımovanı "Şərqin Divası" adlandırmış, qarşısında təzim edərək, ona eşq elan etmiş və Kazımovanın timsalında Azərbaycan xalqına dərin ehtiramını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə