Müğənni Günel Zeynalova sevgi etirafları edib. SİA-nın məlumatına görə, ifaçı özü haqqında səmimi sözləri dilə gətirib: "Köhnələr yaxşı bilir ki, böyük ağacların kölgəsi qayğı doludur. Ayrılıq ərəfəsində çox sevgililərin yolu düşür oradan. Kimi duasına qovuşmaq, kimi bitməsini istədiyi sevgisinin duasını edər.
Mən də etdim, elə ürəkdən etdim ki, qəbulu mümkün oldu. Nə gözəldir bir ürəyin kölgəsinə sığına bilmək. Ağlamaq da yaraşır bu gözlərə, çünki gülümsəyə bilir. Ürəyimdə heç bir hissi əmanət yaşamadım ki, "məni incidənləri, qıranları sevmədim" deyə bilim. Sevdim, həm də çox sevdim. Saydım olduğu kimi, dəyişdirmədim.
Ürəyinizdə kölgələrə sığınabiləcəyiniz sevdikləriniz olsun. Çətin olsa da, daim olsun. Ağacların budaqları, rəngləri fərqli-fərqli, mənzərənin gözəlliyinə baxın. İnsanların da xarici görünüşünə baxın. Əslində hər kəsin qəlbinin dərinliyinə enib, baxmaq lazımdır. Bizi unuda bilən, bizsiz yaşayan ürəklərə salam olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB