Aktyor İlham Qasımov sosial şəbəkədə hər kəsin marağına səbəb olacaq paylaşım edib. SİA-nın məlumatına görə, o, 25 il əvvəl çəkildiyi "Yuxu" filmindəki motosikletinə yenidən minib.
Qasımov üzərində "Əliabbasa azadlıq" yazılan motosikletlə fotosuna "Elə bu günlərdə çəkiliş gedirdi , düz 25 il əvvəl" sözlərini yazıb.
Qeyd edək ki, "Yuxu" filmində mərhum Xalq artistləri Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri, Zərnigar Ağakişiyeva rol alıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB