Ayan “Dəniz”i təqdim etdi- FOTO
Soyuq olduğu üçün klip çəkilişini təxirə salan müğənni Ayan havalar isinən kimi çəkilişə start verib. Bu barədə müğənni özü SİA-ya məlumat verib: "Axır ki, vədini etdiyim klipin çəkilişlərinə başladıq. Klipin bir hissəsi dəniz kənarında çəkilib. Məni "Dəniz" adlanan mahnımda iki fərqli obrazda görəcəksiniz. Stilist Roma ilə işləmişik".

Qeyd edək ki, mahnının musiqisi Aygün Bəylərə, sözləri Baba Vəziroğluna məxsusdur. Klipin çəkilişləri davam edir. "Dəniz" klipində Ayan yaşından böyük obrazı canlandırıb.

Kilipin rejissoru Orman Çingizoğludur. "Dəniz" 5D formatında çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə