“Grammy” mükafatının sahibləri açıqlanıb- FOTOSLAYD

“Grammy” mükafatının sahibləri açıqlanıb- FOTOSLAYD
Musiqi dünyasının vacib əhəmiyyət kəsb edən mükafatları arasında 53-cü Grammy mükafatı ABŞ-ın Los-Ancelesdə təşkil olunan gecədə sahiblərinə verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ilin mahnısı mükafatını amerikalı qrup Ledi Antebellumun "Need you now" (Sənə indi ehtiyacım var) mahnısı ilə qazanıb.

Ən yaxşı satış rekordu qazanan Esperanza Spaldinq isə 1935-ci ildən ilk dəfə bu mükafata layiq görülən caz sənətçisidir. Ağ evdə 2 dəfə konsert verən və ABŞ-ın prezidenti Barak Obamanın ən sevdiyi sənətçilər sırasında olan Spaldinq sürpriz olaraq kanadalı Castin Biberinin alması gözlənilən mükafatı qazanıb.

Qeyd edək ki, Spaldinq, həmçinin 2009-cu ildə Obamanın Nobel Sülh mükafatını aldığı məclisdə konsert verib.

Mərasimdə mükafat qazanan digər sənətçi, albom və mahnıların siyahısı aşağıdakılardır:

İlin albomu: "The Suburbs"- Arcade Fire İlin mahnısı: "Need you now" İlin ən yaxşı pop albomu: Lady Gaga "The Fame monster" İlin ən yaxşı pop qadın ifaçısı: Lady Gaga, "Bad Romance" İlin ən yaxşı pop kişi ifaçısı: Bruno Mars, "Just the way You Are"

Bütün xəbərlər Facebook səhifəmizdə