Azərbaycanda ən ucuz klip çəkildi
Bir müddətdir ki, efirlərdə az-az görünən "Sevən ürəklər" qrupu yeni klip çəkdirib. SİA-nın məlumatına görə, qrup "Baby I miss you" mahnısını ekranlaşdırıb. İki dildə olan mahnının sözləri azəri və ingilis dillərindədir.

Onu da qeyd edək ki, Ukraynada aranjeman olunan ekran işinin rejissoru qrupun üzvü və rəhbəri Dr. Nicatdır. Əsasən qrafika üslubunda olan "Baby I miss you" həm də qiyməti ilə digər kliplərdən fərqlənir. Belə ki, sözügedən musiqi çarxı nə az, nə çox 10 dollara çəkilib.

Qrupun rəhbəri və eyni zamanda klipin rejissoru Dr. Nicat ekran işinin belə ucuz qiymətə ərsəyə gəlməsinə də aydınlıq gətirdi: "Əslində həqiqətən də klipin büdcəsi inanılmazdır. Lakin qəribə görünsə də bu bir həqiqətdir. Ancaq bir məqamı da qeyd edim ki, bu klip əslində mənim öz evimdə çəkilib. Klipdən də göründüyü kimi hər bir şey qrafikadır. Hətta musiqi çarxındakı iki gitara çalan qızlar da həqiqi deyil. Əslində 10 dolları da bu qızlar üçün xərcləmişik. Çünki internetdən hər birini 5 dollara almışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə