Son günlər açıq-saçıq fotosessiyası ilə gündəmə gələn müğənni Səidə Sultandan yenilik var. SİA-nın məlumatına görə, ifaçı yeni klip çəkdirir. O, "Apar məni" adlı mahnısını ekranlaşdırır.
O, bu haqda "İnstagram" səhifəsində xəbər verib. Belə ki, Səidə yeni ekran işindən görüntülər paylaşaraq, " "Apar məni" tezliklə" sözlərini yazıb.
Qeyd edək ki, klipin rejissor Nuran Məmmədovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə