Aşıq Əli: “Heç mən borc pulla maşın sürən oğlana oxşayıram?” - FOTO
"Maşın" realiti-şousunun ən yaddaqalan iştirakçılarından biri olan populyar Azərbaycan aşığı Əli Quliyevi (Tapdıqoğlu) bu dəfə şəxsi avtomobili ilə yaxaladıq. Məclislərin birini tərk edən aşıq restoranın çıxışında narın yağan yağışda islanmamaqdan ötrü birbaşa maşınına tərəf yol alırdı ki, yolda bir neçə sualımızı ona ünvanladıq. İlk soruşduğumuz avtomobilinin kreditdə olub-olmaması ilə bağlı oldu. Amma deyəsən, heç də ürəyincə olmadı bu sözləri eşitmək: "Nə danışırsınız? Nə kredit? Heç mən borc pulla maşın sürən oğlana oxşayıram? Sağ olsun pərəstişkarlarım. Xoş günlərinə çağırırlar, mən halal zəhmətimin müqabilində pul qazanıram. Maşınımı da nağd pulla almışam".
"Range Rover" markalı avtomobilinin qiymətinin 100 min ABŞ dollarından çox olduğunu diqqətə çatdıran aşıq seçdiyi minik vasitəsinin adına layiq olduğunu söyləməkdən də çəkinmədi: "Əsl kişi avtomobili sürürəm. Sözün həqiqi mənasında həm boyuma yaraşır, həm də çəkimə. Komfortuna da söz ola bilməz. Bir etiraf edim ki, bəlkə də "Maşın-şou"nun qalibi olsaydım, həmin avtomobili satardım. Çünki mənim ağırlığımı daşımağın öhdəsindən ancaq "Jeep"lər gələ bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB