Müğənni Nadir Qafarzadə böyük oğlu Loğmanın fotosunu paylaşıb. SİA-nın məlumatına görə, sənətçi "İnstagram" səhifəsində yerləşdirdiyi şəklinə arzularını yazıb: "Allah, bütün övladları qorusun. Təkcə övladı dünyaya gətirmək deyil, düzgün tərbiyyə və savad verməkdir. Ataların belə bir misalı var: Övladım əzizdirsə, tərbiyyəsi ondan daha əzizdir. Nəslimin davamçısı. Amma məni tez baba et. Deyirlər, nəvə çox şirin olur. Nəvə üçün ürəyim gedir. Yəqin, atası kimi şirin olar".
Qeyd edək ki, Nadirin iki oğul övladı var. Loğman xaricdə təhsil alıb. Sənətçinin kiçik oğlu Əziz isə Rusiyada oxuyur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB