Prodüser Təranə Səmədova ilə müğənni Rəqsanə İsmayılova arasındakı qalmaqal yenidən alovlanıb. SİA-nın məlumatına görə, buna səbəb Təranənin "Onlarla 3 dəqiqə" rubrikasında verdiyi açıqlama olub.
Təranə "Hansı ifaçı zövqsüz geyinir" sualına belə cavab verib: "Mənim üçün Rəqsanə. Onunla işləyəndə həsəd aparırdım. Çox zövqsüz idi. Başladı "madalyerlərlə" işləməyə. Oğurlayırdı "madalyerlərdən", zövqlü geyinməyə başlayırdı".
Rəqsanənin də qarşı tərəfə cavabı gecikməyib: "Rayon qızıydım. Rayondan Bakıya gəldim. Qoy mən "madalyer" deyim, bunu ayıb bilmirəm. Mən olduğum məclislərdə bu gün camaat həsəd aparır ki, ora düşsünlər. Dünya modelyerlərindən paltarlar götürürdüm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın. Mənə nə etmisən? Layihə etmisən? Kaş sənin həbsxanaya düşməyində əlim olardı. Gərək səni buraxmazdılar, çıxdın dilin uzandı. Elə etmə başqa şeylər edim.
Başımı salıb, həyatımı yaşayıram. Səninlə işim yoxdur. Sizə ona görə təşəkkür edirəm ki, məni bezdirdiniz və Azərbaycandan uzaqlaşdım. Gəlib Rusiyada ailə qurdum. Disklərimi ondan ala bilmirdim. Mən öz diskimi səndən oğurladım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB