Röyanın qardaşı da hərbi xidmətdən geri dönüb FOTOLAR

Röyanın qardaşı da hərbi xidmətdən geri dönüb FOTOLAR

Əməkdar artist Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov əsgərlikdən geri dönüb. SİA-nın məlumatına görə, hərbi xidmətini Azərbaycanda başa vuran İsmayıl uzun illərdir Türkiyədə yaşayırdı və orada ali təhsil alıb.

O, əsgərlikdən dönməsi barədə sosial mediada məlumat verib. Onun Röya ilə paylaşdığı fotolarda sənətçinin sevincli olması gözdən qaçmayıb.

Qeyd edək ki, İsmayıl müğənnilik fəaliyyəti ilə də məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə