Uzun müddətdir Türkiyəyə köçən aktrisa Könül Nağıyevadan yeni xəbər var. SİA-nın məlumatına görə, Nağıyeva qardaş ölkədə yeni filmə çəkilir. "Gerçek olamaz" adlanan ekran işində Könül "Kara sevda" serialında rol alan aktyor Kaan Urqancıoğlu ilə tərəf müqabili olacaq.
Çetin Sarıkartal, Cansu Tuman, Berkay Akın, Tülin Özen kimi tanınmışların da rol aldığı film ilin sonunda təqdim ediləcək.
Qeyd edək ki, Könül Nağıyeva sonuncu dəfə "Diriliş Ertuğrul" serialının iki bölümündə rol almışdı.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB