Günel Röyanı əvəz etmək istədi? VİDEO

Günel Röyanı əvəz etmək istədi? VİDEO

Müğənni Günel Zeynalova Əməkdar artist Röya Ayxanın repertuarına müraciət edib. SİA-nın məlumatına görə, sənətçi "Dostummusan, yoxsa sevgilim" mahnısını ifa edib.

Günel mahnı haqqında fikirlərini bildirib: "Röyamızın oxuduğu mahnını bir də məndən dinləyin. Mən də onun ifasında bəyənmişdim. Hər kəsin oxuyarkən yaşadığı hislər fərqlidir. Burada kim yaxşı oxudu söhbətini yığışdırın. Bizim belə bir şeyə ehtiyacımız yoxdur. Xoşagələn mahnılar oxunmalıdır ki, davam etsin və dinlənilsin. Biz sənət dostuyuq və hər kəs duyğusuna söykənib oxuyub".

Qeyd edək ki, bəstənin musiqisi Hacı Nazim Məmmədov, sözləri Altay Yaşara məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə