Klarnet ifaçısı Hüseyn Məmmədoğlunun başına iş gəlib. SİA-nın məlumatına görə, o, ötən gün avtomobilinin nömrəsini itirib. İfaçı sosial şəbəkədə maşınının nömrəsini yayımlayaraq, hər kəsə müraciət edib: "Dostlar, "90 ZB 009" dövlət nömrə nişanlı avtomobilimin nömrəsi Dərnəgül yolunda itib. Nömrəni tapan şəxsə pul mükafatı verəcəyəm".
Məmmədoğlu bu gün "İnstagram" səhifəsində avtomobilinin nömrəsi ilə birgə çəkdirdiyi fotosunu yayımlayaraq, tapdığını bildirib: "Nəhayət, maşınımın nömrəsini tapdım".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB