Bəstəkar və müğənni bir yerdə "ayılacaqlar"

Bəstəkar və müğənni bir yerdə "ayılacaqlar"
Əvvəllər jurnalist, daha sonra müğənni, son aylar isə həm də bəstəkar kimi özünü sınayan Cavanşir Babəliğolu dinləyicilərə yeni duetini təqdim edib. SİA-ya məlumat verən Cavanşirin sözlərinə görə, onun duet ortağı müğənni Mehrimdir. Sayca üçüncü duetlərinin ərsəyə gəlməsinin tarixçəsini isə Cavanşir belə izah etdi: "Təsadüf nəticəsində Mehrimin ifasında "Ayılacağam" adlı mahnını eşitdim və qərar verdim ki, mən də bu mahnını oxumaq istəyirəm. Yaxın dostum olan Mehrim bu istəyimə hörmətlə yanaşdı. Beləcə, sözləri Sahibə xanıma, musiqisi Valeh Əhmədə məxsus olan musiqini duet şəklində ifa etdik. Lirik bəstə bugünkü insanların durumu ilə çox həmahəngdir.

Canaşir onu da bildirib ki, "Ayılacağam"a kilip də çəkilir: "Rejissor Ramil Adiloğlunun ekranlaşdıracağı klip həm Bakıda, həm də İstanbulda çəkiləcək. Bu barədə ətraflı məlumatı yaxın gələcəkdə media mənsubları ilə bölüşəcəyik".

Qeyd edək ki, Cavanşir və Məhim bu günə qədər "Evli birisən" və "Möhtacam" mahnılarını duet şəklində oxuyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə