Tarkan əməliyyat olundu

Türkiyənin meqastar müğənnisi Tarkan əməliyyat olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, səsinə və yuxusuna təsir edən qalxanabənzər vəzidən əziyyət çəkən ifaçı Acıbadəm Maslak Xəstəxanasında əməliyyat edilib və hazırda xəstəxanadadır. Həkimlər Tarkanın vəziyyətinin yaxşı olduğunu bildirib. Məlumata əsasən, Tarkan bu gün evə buraxılacaq və daha sonra Almaniyaya gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə