Əri Tünzalənin saçlarını qırxdı VİDEO

Əri Tünzalənin saçlarını qırxdı VİDEO

Əməkdar artist Tünzalə Əliyevanın sosial şəbəkədə hər kəsin marağına səbəb olacaq videosunu paylaşıb. SİA-nın məlumatına görə, aktrisa saçları qırxılan an lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb.

Xərçəngdən əziyyət çəkən aktrisa videoya bu sözləri yazıb: "İlk dəfə görəndə ki, saçlarım tökülməyə başlayıb, stres keçirdim. Zəhra (qızı - red.) məni görüb pis olacaq... Birdə gördüm Röyal (həyat yoldaşı - red.) məndən qabaq saçlarını kəsdirib ki, mənə asan olsun. Dedi ki, mən ölmüşəm və saçımı özü qırxdı".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uşaqlıq yolu xərçəngindən əziyyət çəkir. Bir müddət əvvəl o, şişin boğazına qədər yayıldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə