Tarkan ölkəsini təmsil etmək üçün 5 milyon tələb edib

Tarkan ölkəsini təmsil etmək üçün 5 milyon tələb edib
Türkiyənin məşhur müğənnisi, Meqastar Tarkan Tevetoğlu ölkəsini 2011-ci il "Eurovision" mahnı müsabiqəsində təmsil etmək üçün TRT-dən 5 milyon dollar tələb edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl bu müsabiqədə iştirak etməyəcəyini deyən Meqastar keçirilən anketlərin əksəriyyətində ilk sırada göstərilib. TRT rəhbərliyi müğənni ilə sövdələşərək bu məbləği 3 milyon dollar olaraq müəyyənləşdirmək istəsələr də Tarkan "5 milyondan az olmaz!" – deyib.

TRT rəhbərliyi isə "Eurovision" mahnı müsabiqəsində Türkiyəni "Yüksek Sadakat" qrupunun təmsil etməsinə qərar verib. Bu məqsədlə TRT rəhbərliyi ilə görüşməyən, hətta namizədlər siyahısında adlarının olduğundan xəbərləri olmayan qrup üzvlər ilə 300 000 dollar qarşılığında razılığa gəliblər. Qeyd edək ki, "Yüksek Sadakat"la əldə olunan razılıqda keçən il keçirilən müsabiqədə iştirak edən "Manqa" qrupunun 2-ci yer tutmasının da rolu olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə