İradə İbrahimova qızını da yanına alıb, iş başına keçir

İradə İbrahimova qızını da yanına alıb, iş başına keçir
Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova yaxın zamanlarda dünyaya təzəcə gəlmiş körpəsi ilə birgə Bakıya təşrif buyuracaq. Bu barədə SİA-ya müğənninin mətbuat katibi Zəminə Rüstəmova məlumat verib. Ötən ilin noyabr ayında ilk övladını dünyaya gətirən müğənni analıq məzuniyyətini başa vurur. Hazırda İstanbulda yaşayan İ.İbrahimova Bakıya səfərində qızı İpəyi də özü ilə gətirəcək.

Mətbuat katibinin sözlərinə görə, İ.İbrahimova Bakıda olarkən yeni mahnılar yazdıracaq. Bunlar son illər sıx çalışdığı bəstəkarlar Minayə xanım və Gövhər Həsənzadənin bəstələri olacaq. Repertuarını bir sıra mahnılarla yeniləyəcək İradə xanım maraqlı layihələr işləməyi düşünür. Müğənni bu il üçün bol yaradıcılıq işləri vəd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə