Xuraman Şuşalı: “Anam hamiləliyim barədə danışmağa icazə vermir - FOTO

2010-cu ilin yay aylarında sevdiyi şəxslə ailə quran müğənni Xuraman Şuşalı böyük səbirsizliklə ilk körpəsinin dünyaya gəlməsini gözləyir. Hamiləliyinin 5-ci ayını yaşayan müğənni SİA-ya açıqlamasında keçirdiyi analıq hislərinin ona verdiyi müsbət enerjidən söz açdı: " Hamiləlik həyatımda hər şeyi dəyişib. Sanki gün keçdikcə başqalaşıram. Cəmi dörd aydan sonra ana adını daşıyacağam. Elə xoşbəxtəm ki. Allah bəd nəzərdən saxlasın. Bütün xanımlara, xüsusilə də yeni ailə qurub həsrətlə körpə gözləyən qadınlara hamiləlik sevinci yaşamağı arzulayıram. Sağ əlim onların başına!".

Xuraman körpəsini təbii yolla dünyaya gətirəcəyini də bizdən gizləmədi: "Həkimlər mənə doğuşu qeysəriyyə üsulu ilə həyata keçirməyi məsləhət görürlər, amma Allah imkan verərsə, körpəmi təbii yolla dünyaya gətirmək istəyirəm. Hələ 4 ay var. Allah necə nəsib edərsə, elə də olacaq".

Söhbət əsnasında, müğənni dünyaya oğlan uşağı gətirəcəyini də gizlətmədi: "Bilənlər bilir, xəbəri olmayanlara da məlum olsun ki, mən bütün varlığımla İslam dininə bağlı olan bəndələrdənəm. İnşallah dünyaya gətirəcəyim oğluma verəcəyim adı dinimizin var olmasında Allahın elçiləri hesab edilən Məhəmməd (s.ə.s) peyğəmbərin, sonuncu imam Mehdi Sahib Əzzamanın (ə.s) adlarından götürmüşəm. Bu həm mənim, həm də həyat yoldaşımın qərarıdır ki, oğlumuzun adı Məhəmməd Mehdi olsun. Övladımın dünyaya gəldikdən sonra ailəsinə, torpağına layiqli oğul kimi yetişməsinə çalışacağıq. Allah bütün hamilə xanımlara kömək etsin, məni də onlardan ayırmasın!". Sonda müğənni anasının arabir ona qəzəbləndiyini də gizlətmədi: "Anam hamiləliyim barədə danışmağa icazə vermir. Deyir göz var, nəzər var. Amma nə edim? Sevincimi hər kəslə bölüşmək istəyirəm. Hər bir qadına mənim yaşadığım hissləri yaşamağı arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə