15 aydır evli olan Özcan Dəniz boşanır

Türkiyəli müğənni və aktyor Özcan Dəniz boşanır. SİA-nın məlumatına görə, bu haqda Türkiyə kanallarının birində yayımlanan verilişdə deyilib. İddia edilib ki, sənətçi 15 aydır evli olduğu Feyza Aktanla yollarını ayırır. Bildirilib ki, boşanmağı istəyən tərəf Özcandır.

Qeyd edək ki, cütlüyün hansı səbəbdən ayrılması bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə