Gənc muğam ifaçısı mərhum anasının xatirəsinə klip çəkdirib- FOTO
Yaradıcılığına "Ümumrespublika Muğam musabiqəsi"ndə iştirak etməkə başlayan gənc xanəndə Ülviyyə Sədaqət (Rəhimova) ötən həftə Muğam Teatrında media mənsublarına "Anam hardasan" adlı ilk kipini təqdim etdi. Anası Sədaqət xanımı 6 ay öncə keçirdikləri avtomobil qəzasında itirdikdən sonra dərin depressiyaya uğrayan Ülviyyə, dostlarının sayəsində yenidən səhnəyə qayıtmadan ötrü özündə güc tapıb. Digər səbəb isə anasının yuxusuna girərək ona yenidən xanəndəliklə məşğul olmasını tövsiyə etməsi olub. Beləcə peşəkar komanda, başda tanınmış tele-aparıcı Könül Muxtarovanın rəhbərliyi ilə operator Namiq İxtiyarov, montajçı Zaur Məmmədov bir araya gələrək Ülviyyə üçün klip ərsəyə gətiriblər. Özünü rejissor kimi sınayan Könül Muxtarova, SİA-ya açıqlamasında xanəndəyə verdikləri dəstəkdən, eləcədə ərsəyə gətirdikləri yaradıcı məhsullarından danışdı: "Əslində təqdim olunan bu ekran işini klip kimi qiymətləndirməzdim. Real hadisələr üzərində hazırlanmış çarx desək, daha düzgün səslənər. Süjet xəttinin olmamasına gəldikdə isə bu sırf Ülviyyənin öz istəyi bağlıdır. Bizdən xahiş etdi ki, övladlar valideynləri müxtəlif situasiyalarda itirə bilər. Quraşdırılmış avtomobil qəzası səhnəsi çəksəydik, tamaşaçının fikrini yalnız bir istiqamətə yönəldmiş olardıq. Buna görə də sadə, lakin təsirli bir çarx hazırlamağı qarşımıza məqsəd qoyduq. İri planda Ülviyyənin özünü göstərmişik, klipin sonunda o, qəbristanlığa gedərək, anasının məzarı üstündə ona olan ehtiyacını dilə gətirir. Qeyd edim ki, klipi təmənnasız çəkmişik. Ülviyyə kimi istedadlı müğənnini yenidən səhnəyə qayıtmasında məhz bizim komandanın rolunun olması açığı çox sevindirir məni. Anasını gözlənilməz qəza nəticəsində itirdikdən sonra, Ülviyyə həyata küsmüşdü. Sağ olsun Muğam Teatrının rəhbəri Arif Qazıyev, atalıq qayğısını ondan əsirgəmir. Və təqdimat mərasimi də məhz onun sayəsində baş tutdu" – deyə Könül Muxtarova bildirib.
Təqdimat mərasimində qonaqlara Ülviyyənin yaradıcılığı haqda məlumat verən tanınmış rejissor, Muğam Teatrının direktoru, əməkdar incəsənt xadimi Arif Qazıyev, jurnalistər qarşısında söz verdi ki, bundan sonra da gənc ifaçıya dəstək olacaq. "Yaşının az olmasına baxmayaraq, bu qız həyatının sərt üzü ilə rastlaşdı. Bəlkə də onun yerinə başqa bir qız olsaydı, bu qədər dərdi çiyinləri üzərində daşımağa tab gətirə bilməzdi. Amma Ülviyyə bunu bacardı. Ona hamımız dəstək olmalıyıq. Muğam Teatrının kollektivi onu öz övladı kimi qəbul edib. O, bizim teatrının ən gənc solistlərindəndir. Klipini də çox bəyəndim, İnşallah uğurları davamlı olar"-dedi Arif Qazıyev.
İlk klipinin sevincini yaşayan Ülviyyə Sədaqət də açıqlama verib, ona dəstək olan insanlara təşəkkürünü bildirdi. "İlk əvvəl şairə Şərafət Dağıstanlıya təşəkkürümü bildirirəm ki, başıma gələnləri, belə yaxından hiss edərək, mərhum anam üçün şeir yazdı. Özümə bəstəkar deyə bilmərək, sadəcə içimdəki hayqırtını musiqiyə çevirb, mahnı bəstələdim. Fürsətdən istifadə edib, böyük qardaş kimi mənə köməkliyini göstərən aranjemançı Tərlana, minnətdarlığımı bildirirəm. Mahnını gözlədiyimdən də mükəmməl bir şəkildə aranjeman etdi. Tele-aparıcı, bacı qədər özümə yaxın bildiyim Könül xanıma məxsusi təşəkkür bildirirəm ki, klipə rejissorluq etməyi öz üzərinə götürdü. Və əla bir klip ərsəyə gətirdi. Ata deyib sığındığım Arif müəllim Qazıyev hər işimdə mənə kömək edir. Kim mənə kömək edirsə, Allah onu mütəq mükafarılandıracaq. Kaş ki, anam heç dünyasını dəyişməyəydi. Ona hədiz dərəcədə ehtiyacım var. Çox istərdim ki, bu klipimlə ruhunu şad etmiş olum"- deyə Ülviyyə Sədaqət bildirib.
Sonda bir bir daha vurğulamaq istərdik ki, mərhum anasının adını qanuni şəkildə özünə soyad kimi görən xanəndə bundan sonra səhnədə Ülviyyə Sədaqət kimi yaradıcılığını davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB