Günel Zeynalova yeni albomuna öz bəstəsini əlavə edəcək

Günel Zeynalova yeni albomuna öz bəstəsini əlavə edəcək
Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı sənətçi Günel Zeynalova yeni albom üzərində işləyir. Hazırda Türkiyədə olan müğənni bu barədə SİA-ya özü məlumat verib. Günelin sözlərinə görə, alboma ritmik və lirik mahnılar daxildir.

Albomda Günelin özünün yazdığı bir mahnı da yer alacaq. Amma müğənni yeni albomunun adını gizli saxlayır.

Qeyd edək ki, Günel son zamanlar bir çox yeniliklərə imza atıb. Müğənni bir ay öncə qardaş ölkədə musiqisi Nazim Məmmədova, sözləri Nurlana məxsus olan "Sevgi istəyirəm" adlı mahnıya klip də çəkdirib. Ötən il isə Günel adı çəkilən mahnının singılını da pərəştişkarlarına təqdim etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə