Kəmalə elə dəyişildi ki... FOTOLAR

Kəmalə elə dəyişildi ki... FOTOLAR

Sonuncu dəfə həyat yoldaşından boşanması xəbəri ilə gündəmə gələn müğənni Kəmalə Qaramollayeva imicində dəyişiklik edib. SİA-nın məlumatına görə, o qara saçlarını sarı ilə əvəzləyib və onları qısa kəsdirib.

İfaçı yeni görkəmdə fotoqraf Ramin Aslanovun obyektivi qarşısına keçərək, pozlar verib.

Fotoqraf ifaçının sözügedən şəkillərini "İnstagram" səhifəsində paylaşıb.

Qeyd edək ki, Qaramollayeva Teymur adlı Türkiyə vətəndaşı ilə ailə qurmuşdu. Onun bu evlilikdən bir oğlu dünyaya gəlib. Ayrılıq prosesi təxminən bir ilə yaxın müddətdir baş verib. Müğənninin boşanmasının tam səbəbi bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə