Nigar Camal ikinci dəfə “Jara”da səhnəyə çıxacaq FOTO

Nigar Camal ikinci dəfə “Jara”da səhnəyə çıxacaq FOTO

25-28 iyul tarixlərində Bakıda keçiriləcək "Jara-2019" Beynəlxalq Musiqi Festivalında iştirak edəcək daha bir yerli müğənninin adı bəlli olub. SİA-nın məlumatına görə, bu, "Eurovision 2011" qalibimiz Nigar Camaldır. O, bu festivalda ikinci dəfə çıxış edəcək.

Sənətçi 26 iyulda səhnəyə çıxacaq.

Qeyd edək ki, festivalda həmçinin, Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Miri Yusif, müğənnilər İlqar Xəyal və Çingiz Mustafayev kimi azərbaycanlı məşhurlar da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə