Zamiq konsert verdi FOTOLAR

Müğənni Zamiq Hüseynov yay mövsümünün ilk konsertini edib. SİA-nın məlumatına görə, sənətçi dənizkənarı istirahət mərkəzlərindən birində səhnəyə çıxıb. Tədbirin aparıcısı Mədinə Abdullayeva olub.

Zamiq gecəni "Varmı" adlı mahnısı ilə açıb. O, daha sonra ard-arda sevilən mahnılarını səsləndirib. İki saata yaxın səhnədə olan müğənni 20-yə yaxın bəstəni canlı ifa edib.

Konsertdə Zamiqin duet ortaqları Elşad Xose və Nadir Nəğd Pul da yer alıblar. Müğənni gecəni "Unudaram" mahnısı ilə bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə