NEXT qrupu bu həftədən etibarən tamaşaçıların qarşısına yeni ampluada çıxacaq. Məlum olduğu kimi son günlər ANS TV-də "NEXTalji" adlı anonslar gedir. NEXT-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu qrupun yeni layihəsinin adıdır.
Xəbərə görə, 4 yaraşıqlı oğlan aparıcılığa başlayıb. Belə ki, 5 fevral tarixindən etibarən ANS TV-nin efirində hər həftənin şənbə günü saat 23-00- da NEXT -in təqdimatında "NEXTalji" adlı televiziya proqramı yayımlanacaq.
"NEXTalji"nin ilk qonaqları gənclərin ritmini tuta bilən müğənnilər Səfurə Əlizadə, Rəhim Rəhimli, Zamiq və Arzum olub.
Gördükləri işin məsuliyyətinidən danışan NEXT üzvləri digərlərindən fərqli olaraq efirə ciddi yanaşdıqlarını bildiriblər : "Demək olar ki, bu günə kimi hər zaman dəvət olunduğumuz proqramlar arasında seçim etmişik. Bu proyektin ideyası yarananda da həmişəki kimi məsuliyyətlə yanaşdıq. Çünki biz insanlara qalmaqaldan, söz-söhbətdən uzaq həftəsonu istirahəti bəxş etmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB