Müğənni Nazənin yaradıcılığında yenilik edib. SİA-nın məlumatına görə, ifaçı sözləri Vüsal İbrahimova, musiqisi Ruslan Səfəroğluna məxsus “Getmə nə olar” adlı mahnını ərsəyə gətirib. Yeni ifasını dinləyicilərinin ixtiyarına verən Nazənin bildirib ki, yaxın günlərdə daha bir yeni işə imza atacaq: "Bir neçə layihə üzərində çalışıram. Onun birini artıq yekunlaşdırmaq üzrəyəm. Çox fərqli bir iş ərsəyə gələcəyini əminliklə deyə bilərəm. Bu günə qədər ifa etdiyim mahnılar insanların dillərində əzbər olub. Bu da bir müğənni olaraq məni sevindirir. Düşünürəm ki, bu gün təqdim etdiyim “Getmən nə olar” adlı mahnı da həmin bəstələr kimi olacaq”.
İfaçı daha sonra onu da əlavə edib ki, aparıcılıq etdiyi “Dostlar” verilişi yay fasiləsinə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB