Əməkdar artist Mətanət İsgəndərlinin qızı ağır avtomobil qəzası keçirib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində olarkən bildirib ki, ailə üzvləri qızının qəzaya düşmə xəbərini ondan gizlədib: "Qızım kürəkənimin dostunun xanımı ilə birgə Antalyaya gedirmişlər. Ülkər maşında ön oturacaqda əyləşib. Qəza zamanı nə şar açılıb, nə də kəməri bağlı olub. Bədbəxt hadisə zamanı qızımın kipriklə qaşının arası cırılıb. Gözünü əməliyyat ediblər. Günlərlə xəstəxanada qalıb.
Amma sürücüyə heç nə olmayıb.
Neçə vaxt idi ki, Ülkər mənimlə telefonda görüntülü danışmırdı. Ondan soruşanda ki, niyə mənimlə görüntülü danışmırsan? Cavab verirdi ki, "Telefonum xarab olub". Deməli, uşağın üzü-gözü nə gündə imiş.
Nəsə hiss elədim ki, mənə tez-tez "gəl-gəl" deyir. Toylarım qurtaran kimi Türkiyəyə getdim. Qardaş ölkəyə gedənə yaxın Ülkər mənə dedi ki, "Hovuzun qırağında yıxılmışam. Üz-gözümü görsən qorxma".
Ülkərin yanına gedəndə gördüm ki, Engin də (Qızı Ülkərin həyat yoldaşı) pərt kimidir. Axırda dedi ki, "Qəzaya düşmüşəm".
Bakıda olanda qızımın qəzaya düşdüyü xəbəri mənə versəydilər, bəlkə də ölərdim. Çünki həyəcanlanan kimi təzyiqim qalxır.
Onu da deyim ki, Ülkərin avtomobil qəzasına düşməsini atam, bacım, gəlinimiz, oğlum biliblər. Hətta məndən gizlin qurban belə kəsiblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB