Məşhurlar xeyriyyə tədbirində FOTOLAR

Məşhurlar xeyriyyə tədbirində FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib. SİA-nın məlumatına görə, Buzovna qəsəbəsində yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbinin kiçik sakinləri üçün əyləncəli proqram və konsert təqdim olunub.

Konsertdə əməkdar artist Səlim Abbasovun, müğənnilər Əsrar Hüseynlinin və Selcan Yaqubzadənin, “Köhnə Bakı” rəqs ansamblının ifaları uşaqlarda xoş ovqat yaradıb. Həmçinin maraqlı şou-proqramlar, nağıl qəhrəmanları və klounlar balaca qonaqları əyləndirib.

Qeyd edək ki, bu səpkili tədbirlərin təşkil olunmasında əsas məqsəd cəmiyyətdə kimsəsiz, qayğıya ehtiyyacı olan uşaqlara diqqətin artırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.

Bütün xəbərlər Facebook səhifəmizdə