Xalq artisti Emin Ağalarov Moskvada sahibi olduğu məkanların birində parti keçirib. SİA-nın məlumatına görə, gecə iyul ayında Bakıda gerçəkləşdiriləcək "Jara" beynəlxalq musiqi festivalına həsr edilib. Pre-party-də tanınmış simalar yer alıblar.
Müğənnilər Nyuşa, Olqa Seryabkina, Yuliya Baranovskaya, Qlyükoza, Stas Mixaylov, Alyona Apina, "Na-na" qrupu, Hollivud ulduzu Stiven Siqal hovuz kənarına sərilən xalça üzərindən keçiblər.
Gecənin aparıcısı Yana Koşkina və Konstantin Tarasük olub. Səhnəyə ilk olaraq "Jara"nın təşkilatçıları Emin, Qriqoriy Leps və Sergey Kojevnikov çıxıb.
Qeyd edək ki, "Jara" iyulun 25-dən 28-nə kimi Bakıda reallaşacaq.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB