Nadir türkiyəli kişilərə ərə gedən qızlarımızı "yıxıb-sürüdü"

Nadir türkiyəli kişilərə ərə gedən qızlarımızı "yıxıb-sürüdü"

Müğənni Nadir Qafarzadə türkiyəli kişilərə ərə gedən qızlarımızı "yıxıb-sürüyüb". SİA-nın məlumatına görə, sənətçi bildirib ki, əcnəbi vətəndaşla ailə quran qızlar bədbəxt olurlar: "Türkiyəli qadınların çoxu təkəbbürlüdür. Onların ailələrində ər arvaddır, arvad ər. Yəni qadının dozu daha keçərlidir. Türkiyəli kişilərin bizim qadınlarla evlənməsinə gəldikdə isə, qadınlarımızın üzüyola olmalarıdır. Yəni "qapazı vur, çörəyini al əlindən" məsələsi.

Bizim bəzi sadəlövh "qızlarımız" fərq etməz, təki ər olsun deyə, gedirlər. Bir-iki ildən sonra qucaqlarında uşaq atılırlar. Hətta çoxundan uşağı alıb yola salırlar. Atalar yaxşı deyiblər, ucuz ətin şorbası olmaz. Yaxşılardan uzaq".

Bütün xəbərlər Facebook səhifəmizdə