Məşhurlar bir arada FOTOLAR

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində konsert keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Baş İdarənin rəisi Cəlil Məlikov, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yusif Nəsibov və qəsəbə sakinləri iştirak ediblər.

Aparıcı Humay Muxtarova gələn qonaqları və tamaşaçıları salamlayıb.

Sonra Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində keçirilən müxtəlif tədbir və seminarlarda fəal iştirak edən bir qrup gəncə Mədəniyyət Mərkəzi adından Təşəkkürnamələr təqdim olunub.

Konsertdə mügənnilər Elnur Məmmədov və Nur Cəfərli səhnəyə çıxaraq canlı ifaları ilə tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.

Rəqqasə Kəmalə Səfərəliyeva da öz rəqsləri ilə zövqləri oxşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə