Meyxanaçı ilə Afət söz davasına çıxdı FOTO

Meyxanaçı ilə Afət söz davasına çıxdı FOTO

Müğənni Afət Fərmanqızı ilə meyxanaçı Aqşin Fateh arasında qalmaqal yaşanıb. SİA-nınməlumatına görə, meyxanaçının dediyi "Bəzi müğənnilər pozğundur. Ancaq bahalı maşın və evlərini nümayiş etdirirlər" ifadəsinə Afət sərt reaksiya verib.

İfaçı meyxanaçıya bu sözləri deyib: "Bu maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev necə alıbsa, o cür almışam. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, onları pozğun adlandırırlar. Yəqin pozğunluqda olanda sizi yanında aparıblar. Bəzi üzdəniraq şou nümayəndələri peyda olub. Hünəri çatırsa, ad çəksin. Mən də ad çəkməmişəm, sözü atdım, yiyəsi götürsün".

Onun bu sözləri qarşı tərəfi özündən çıxarıb. Aqşin Afəti işarələyərək, onun ünvanına sərt sözlər yazıb. Meyxanaçı öz nömrəsini də "İnstagram"da açıq paylaşıb: "Kimliyindən və sənətindən asılı olmayaraq, istər müğənni, istərsə də meyxanaçı... Allahdan başqa heç kimdən qorxum yoxdur. Dediyim hər sözün də arxasındayam. Əgər dediyim sözlər kimisə narahat edirsə, demək, hədəfimə çatıb. Millət bezdi daha bu pozğun, üzdəniraq "qadın və kişilərin" biabırçılıqlarından. Kimin sözü varsa, zəng vursun".

Bütün xəbərlər Facebook səhifəmizdə