Aparıcı da oxudu!
"Lider" telekanalının aparıcısı Zabir Əliyev özünü müğənnilikdə sınayıb. SİA-nın məlumatına görə, "Ekstra hiss" proqramının aparıcısı "Budu" adlı ritmik mahnıya çəkdirdiyi klipi mətbuat nümayəndələrinə təqdim edib.

Təqdimat mərasimində xalq artisti Flora Kərimova da iştirak edib. O, klipi izlədikdən sonra Zabir Əliyevi çox bəyəndiyini dilə gətirib.

Onu da qeyd edək ki, mərasim tək bununla bitməyib. Belə ki, tanınmış şairə Xuraman Vəfanın yazdığı "Kimsə sevəcək" adlı şeirə çəkilən klip də tədbirdə təqdim olunub. Şeir teleaparıcı Zabir Əliyev və rəqqasə-teleaparıcı Oksana Rəsulova tərəfindən səsləndirilib. Klipin musiqisi gənc ifaçı Əli Şahin tərəfindən türk sazında səsləndirilib. Oksana və Əli Şahin aktyor oyunundan məharətlə istifadə ediblər. Əli Şahin həm saz ifaçısı, həm də klipin əsas personajıdır. Klipdə qovuşmayan gənclərin hissləri ön plandadır.

Bütün xəbərlər Facebook səhifəmizdə