Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova 2 il müddətinə həbs oluna bilər. Bu barədə SİA-ya Günel özü məlumat verib. Onun sözlərinə görə, bu yaxınlarda İstanbul 3-cü Sülh Məhkəməsində keçmiş sevgilisi Rza Zərrabın ona qarşı iddiasına dair məhkəmə iclası keçirilib.
G.Zeynalova məhkəmə iclasında ifadə verib. O, əvvəlcə verdiyi ifadələri təkrar edib və Rza Zərrabın köməkçisi olan Turqut Happaninə hədə-qorxu gəlmədiyini bildirib: "İttihamnamə ilə razı deyiləm. Bu məsələ ilə bağlı vəkilimin iştirakı ilə əvvəllər də ifadə vermişəm. Mən Turqut bəyi daha əvvəldən tanıyıram. Onunla heç bir problemimiz olmayıb. O, tez-tez mənə zəng vururdu, mən isə telefonla aramamasını demişəm".
Rza Zərrabın vəkili Aytən Heçyılmaz isə müdafiə etdiyi şəxsin İstanbulda olmaması səbəbindən iclasa qatılmadığını bildirib. O, növbəti iclasda Rza Zərrabın iştirak edəcəyini və bəzi məsələlərə aydınlıq gətirəcəyini də qeyd edib.
Məhkəmədə Günel Zeynalova, onun vəkili Naci Bilan və Rza Zərrabın vəkili Aytən Heçyılmaz iştirak edib. Günel Türkiyə Cinayət Məcəlləsinin 106-cı (hədə-qorxu gəlmə) maddəsi ilə mühakimə olunur. Günahı sübuta yetirilsə, ona 6 aydan 2 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Qeyd edək ki, növbəti iclası qeyri-müəyyən vaxta təxirə salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB