Günay biznesmen sevgilisini bıçaqladı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva uzun müddətdir birlikdə olduğu biznesmen sevgilisi Taha Tatlıcını bıçaqlayıb. SİA-nın məlumatına görə, buna səbəb cütlük mübahisə edərkən Tahanın Günay və oğlu Cihangiri döyməsi olub.

Bildirilir ki, Taha polisə şikayət edib. Günay ifadəsində söyləyib ki, əslində, zərər çəkən o, özüdür. Taha tərəfindən döyülüb və çarəsizlikdən onu bıçaqlayıb: “Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlum və özümü qorumaq üçün bıçaqla qarşısına keçdim. Üstümə hücum edəndə bıçaq ona batdı”.

Qeyd edək ki, Günayın 2,5 il həbsi tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə