Xatundan yenilik AÇIQLAMA-VİDEO+FOTO

Müğənni Xatun Əliyeva yaradıcılığında yenilik edərək klip çəkdirib. SİA-ya bu haqda ekran işinin rejissoru Nail Naiboğlu açıqlama verib: "Xatunla yeni iş birliyimiz oldu. Belə ki, sənətçinin "Can Azərbaycan" adlı mahnısına klip çəkdim. Bəstənin də adından bəllidir ki, ekran işi Azərbaycana həsr olunub. Klip də sujet xətti yoxdur. İnanırıq ki, ekran işi tamaşaçılar tərəfindən də bəyəniləcək".

Qeyd edək ki, "Can Azərbaycan" adlı mahnının sözləri Güllər Qəmli, musiqisi isə Aybəniz Güllərə məxsusdur.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə