Yanvarın 12-dən Rusiyanın Moskva şəhərində səfərdə olan Azərbaycanın və Dağıstanın Xalq Artisti, Türk dünyasının sənət kraliçası İlhamə Quliyeva dünən vətənə dönüb. Bu barədə SİA-ya məlumat verən müğənninin mətbuat katibi Faiq Ələkbərli bildirib ki, yaxşı istirahət edib bol enerji toplayan sənətkar yeni layihələrə start verəcək.
Müğənni yenidən bəstəkar, millət vəkili Novruz Aslanla yaradıcılıq ünsiyyətini davam etdirəcək. Məlumdur ki, bəstəkarın İlhamə xanımın sözlərinə bəstələdiyi "Yaşın nə fərqi var?" mahnısı bu gün bir kəlam kimi dillərdə əzbərdir. Daim yeniliklərlə gündəmə imzasını atan İlhamə xanımın növbəti mahnısının da hitə çevriləcəyi indidən bəllidir.
Müğənni artıq Novruz Aslanın bir neçə mahnısını lentə aldırıb. Həmin mahnıların birinə klip çəkilməsi nəzərdə tutulub. Sənətkar il ərzində daha bir neçə yeni layihələrə imza atmaq niyyətindədir. Hələlik bu barədə mətbuata açıqlama verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB