Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai rayonu icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir dövlət himninin səslənməsi ilə başlanıb.
Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov və başqa rəsmi qonaqlar iştirak ediblər.
Tanınmış müğənnilər Elnur Məmmədov, Dana Durdana, Nur Cəfərli, Zeynəb Həsəni, Cəvahir Abdulovanın iştirakı ilə keçirilən konsertdə Ümummilli Lidərə vətənə həsr olunmuş mahnılar səslənib. “Səma” və “Turac” rəqs qruplarının ifasında rəngarəng rəqslər təqdim olunub.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB