Küsülü olan Şəhriyarla Oksana barışdı FOTO

Küsülü olan Şəhriyarla Oksana barışdı FOTO

Bir müddət əvvəl küsülü olan rəqqasə Oksana Rəsulova və aparıcı-aktyor Şəhriyar Əbilov bir araya gəlib. SİA-nın məlumatına görə, Şəhriyarla Oksana birlikdə foto çəkdirərək "İnstagram" səhifələrində yayımlayıblar. Şəhriyar paylaşımına bu fikirləri qeyd edib: "Dostlarım darıxmışdı mənim üçün, xüsusilə də Oksana. Söz verdim ki, hələ uzun müddət Bakıdayam. Qismət olsa, maraqlı layihələrlə qarşınıza çıxacayıq".

Oksana isə sosial şəbəkdə yayımladığı şəklə bu sözləri yazıb: "Nəhayət gəldi. Dostum, harda olursan ol, işlərin avand olsun, canın da sağ".

Qeyd edək ki, Oksana ilə Şəhriyarın küsülü olduqları bildirilmişdi. Onlar sosial şəbəkədə də bir-birini izləmədən çıxarmışdı. Tərəflər isə açıqlama verərək, dostluqlarının davam etdiyini söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə