Türkiyəli müğənni Bülent Ersoy jurnalistlərin suallarını cavablandırıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı illərdir Ramazan ayında səhnəyə çıxmadığını desə də bu il ənənəsinə sadiq qala bilməyəcəyini bildirib: "May ayının 18-də konsertim var imiş. Menecerim məndən xəbərsiz müqavilə imzalayıb. Əgər səhnəyə çıxmasam, böyük miqdarda təzminat ödəməliyəm. Bu vəziyyət məni çox narahat edir”.
İftardan sonra maraqlı hadisə yaşanıb. Belə ki, şou üçün masaya buz qoyulub və üzərinə su tökülüb. Həmin an hər yer dumana bürünüb. Bunu görən sənətçini olduqca qorxub.
Həmin anda media mənsubları Bülent Ersoyun şəkillərini çəkib.
Sözügedən fotoları təqdim edirik:









Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB