Zülfiyyə: "İpin üzərindən hər an düşə bilərdim"

Zülfiyyə: "İpin üzərindən hər an düşə bilərdim"

Uzun müddətdir mədə xərçəngindən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova ağır günlər keçirdiyi anlardan söz açıb. SİA-nın məlumatına görə, aparıcı bu sözləri deyib: "Akrobatlar nazik bir ip üzərində mərkəz nöqtəsini taparaq, bədənlərini idarə edib, ortaya gözəl bir tamaşa qoyarlar. Düz bir il mən də o vəziyyətdə idim.

Nazik ipin üzərindən hər an düşə bilərdim, bu da mənim izləyicilərim qarşısında uğursuzluğum olardı. Ancaq Allah o nazik ipi geniş bir yola çevirdi, hər dəfə büdrəyəndə sizin dualarınız məni ayaqda saxladı və mən bu yolu çox rahat keçdim.

Yolun başında isə mən də sizə qoşulub, o nazik ip üzərində gələnlərə dua etməyə başladım. Məhz o yolu rahat keçsinlər deyə. Bu əziz ayda dualarımız sizinlədir".

Bütün xəbərlər Facebook səhifəmizdə